MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində ELSA Azərbaycan tərəfindən təşkil olunan “Şahid dindirmə müsabiqəsi”nin hazırlıq mərhələsi keçirildi

11:37 24.10.2022



Baş Prokurorluğun Elm-Tədris Mərkəzində ELSA Azərbaycan tərəfindən təşkil olunan və dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan “Şahid dindirmə müsabiqəsi”nin hazırlıq (təlim) mərhələsi keçirildi.
 
ELSA Azərbaycan tərəfindən təşkil edilən bu cür mühüm tədbir hüquqşünas tələbələrin ali təhsil müəssisələrində əldə edə bilmədiyi praktiki bilik və vərdişlərin formalaşması üçün innovativ rol oynayır.
 
Eyni zamanda Baş Prokurorluğa gənc hüquqşünasların bilik və bacarıqlarının artırılmasına göstərdiyi dəstəyə görə də təşəkkür edirəm.